AZ

Məsciddə partlayış: 54 yaralı

İndoneziyanın paytaxtı Cakartada bir məktəb kompleksinin içində yerləşən məsciddə cümə namazı zamanı partlayış baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, partlayışdan sonra əraziyə çox sayda polis və təcili tibbi yardım qrupu göndərilib. Polis rəisi Asep Edi Suheri verdiyi açıqlamada, 54 nəfərin yaralanaraq xəstəxanaya yerləşdirildiyini bildirib.

Suheri partlayışın səbəbinin hələ araşdırıldığını qeyd edib. Yerli media ilkin araşdırmalar zamanı partlayışın baş verdiyi ərazidə jilet, odlu silahlar və terror fəaliyyətləri ilə əlaqəli bomba materialları da daxil olmaqla bir sıra əşyaların aşkar edildiyini bildirib.

Seçilən
56
cebheinfo.az

1Mənbələr