AZ

Rusiyalı hərbi ekspertlərdən Azərbaycan Ordusu barədə İLGİNC RƏY

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

“Azərbaycan silahlı qüvvələri əvvəllər Sovet yanaşmasını qəbul etsə də, ordunun NATO standartlarına uyğunlaşdırılması indi bir sıra əhəmiyyətli dəyişikliklər deməkdir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu rusiyalı hərbi ekspertlər Konstantin Sivkov və Yuri Knutovun "Vzqlyad" qəzetindəki müzakirəsində bildirilib.

"Azərbaycan silahlı qüvvələrinin NATO standartlarına üz çevrməsi yalnız bir şey deməkdir: Bakı Şimali Atlantika Alyansına inteqrasiya kursu müəyyən edib", - deyə hərbi ekspert Konstantin Sivkov bildirib. 

Ekspert Azərbaycanın sonda alyansa qoşulmaq istəyəcəyini və bunun Rusiya və İran üçün risk yarada biləcəyini istisna etməyib.

Yuri Knutov deyib ki, Rusiyanı Zaqafqaziyadan çıxarmaq cəhdləri var. O, həmçinin Azərbaycan Ordusundakı dəyişikliklərə də münasibət bildirib. Onun sözlərinə görə, Bakı Qərb silahlarını və hərbi texnikasını alacaq. Onun fikrincə, silahlı qüvvələr də çox güman alaylardan imtina edəcək və briqadalara keçəcək. 

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr