AZ

Rusiya ordusu Uspenovkanı nəzarətə götürərkən çətinliklə üzləşib

Zaporojye istiqamətində yerləşən Uspenovka yaşayış məntəqəsi uğrunda gedən döyüşlər zamanı Rusiya Silahlı Qüvvələri müəyyən çətinliklərlə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında yayıb.

Nazirliyin açıqlamasına görə, rus hərbçilərinin üzləşdiyi əsas çətinliklərdən biri ərazinin relyefi olub. Qeyd olunub ki, Uspenovkanın şimal-şərq hissəsi təbii sədd - Yançur çayı ilə qorunurdu ki, bu da hücum edən bölmələrin irəliləməsini xeyli çətinləşdirirdi.

Bundan əlavə, Müdafiə Nazirliyi bildirib ki, həmin istiqamətdə Rusiya ordusu düşmənin intensiv atəşi ilə də üzləşib.

Aytəkin TOFİQQIZI

Seçilən
54
1
redaktor.az

2Mənbələr