AZ

Nyu Yorkda Zəfər Gününə həsr olunan şahmat turniri keçirilib (FOTO)

Bakı. Trend:

ABŞ-nin Nyu York ştatında 8 Noyabr – Zəfər Gününün 5 illiyimünasibətilə “Victory Trophy” adlı şahmat turniri keçirilib. TurnirAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi, Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəlişahmat ustası Elvin Bağır-Pourun rəhbəri olduğu "Chess Father"şirkətinin təşkilatçılığı ilə baş tutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Açılış mərasimində Zəfər Günümüzün tarixi əhəmiyyəti barədəətraflı məlumat verilib. Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və AzərbaycanOrdusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyidilə gətirilib. Vətən Müharibəsində göstərilən qəhrəmanlıq,xalq–ordu birliyi və milli həmrəyliyin Azərbaycan tarixindəmisilsiz bir Qələbə səhifəsi yazdığı diqqətə çatdırılıb.

Turnirə ABŞ-nin müxtəlif ştatları və şəhərlərindən 50 şahmatçı(5-60 yaş arası) qatılıb. Hər bir şahmatçı 15 dəqiqəlik 6qarşılaşmada hakimlərin nəzarəti altında mübarizə aparıb. Yarışdadünyaca məşhur qrossmeysterlər Augustro Morah və Mark Paraqua daiştirak ediblər.

Turnirin qaliblərinə kubok və pul mükafatları, digəriştirakçılara isə sertifikatlar təqdim olunub.

Nyu
Nyu
Nyu
Nyu
Nyu
Nyu
Nyu
Nyu
Nyu
Nyu
Nyu
Nyu
Nyu
Nyu
Seçilən
57
3
az.trend.az

4Mənbələr