AZ

Bu küçələrdə yeni piyada keçidləri və panduslar təşkil olunub

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakışəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsi, yol hərəkət iştirakçılarınınrahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha birlayihə icra edilib.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrininkəsişməsində hərəkət intensivliyi və piyada təhükəsizliyisəviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yenitəhlükəsizlik adacağı inşa edilərək hərəkət kanallaşdırılıb, yenipiyada keçidləri və panduslar təşkil olunub.

Adacığın inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin“Ukrayna dairəsi” istiqamətində birbaşa hərəkəti təmin edilib.Həmçinin metronun “Qara Qarayev” stansiyası istiqamətindən gələnnəqliyyat vasitələrinin “Ukrayna dairəsi” istiqamətində fasiləsizhərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – “Daimi sağa dönmə”yol nişanı tətbiq edilib.

Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)tərəfindən işıqforların iş rejimi dəyişdirilib, piyadalarınrahatlığı üçün yeni piyada bölmələri quraşdırılıb.

Məqalədə:
Seçilən
40
14
az.trend.az

10Mənbələr