AZ

Biz təkcə daxili reurslarımızla deyil, həmçinin dostlarımızla da güclü olduğumuzu nümayiş etdirmiş olacağıq



"8 Noyabr - Zəfər Günü tarixi ədalətin bərpası və Azərbaycanın hərbi qələbəsidir. Zəfər Günü bütün dünyaya göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü qırmızı xətdir. Hər hansı revanşist cəhd və ya separatçı təxribat xalqımız və dövlətimiz tərəfindən eyni qətiyyət və iradə ilə cavablandırılacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib. O bildirib ki, sabah qələbəmizin 5-ci ildönümü münasibətilə keçiriləcək paradda da məhz bu mesaj veriləcək:

"Qələbə paradında Türkiyə prezidenti Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Şərifin iştirakı həm də Azərbaycanın tək olmadığını ifadə edəcək. Bu regionda təhlükəli oyun qurmağı planlaşdıran qüvvələrə də bir sıqnaldır".

Mütəllim Rəhimov qeyd edib ki, bu həm də Azərbaycan əldə etdiyi siyasi və hərbi qələbəsinin onun müttəfiqləri tərəfindən dəstəkləndiyinin göstəricisidir:

"Bu isə paradın siyasi və hərbi əhəmiyyətini artıracaq. Biz təkcə daxili reurslarımızla deyil, həmçinin dostlarımızla da güclü olduğumuzu nümayiş etdirmiş olacağıq".

Süleyman
Seçilən
57
1
newscenter.az

2Mənbələr