AZ

Baş prokuror: Azad edilmiş rayonlarda prokurorluqların yaradılması qayıdışın hüquqi çərçivəsini formalaşdırıb » AzadMedia.az


İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması qayıdış prosesinin hüquqi-institusional çərçivəsini formalaşdırıb.

Bunu Baş prokuror Kamran Əliyev rəsmi qəzetə müsahibəsində deyib.

O bildirilib ki, ötən dövr ərzində Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları təsis olunub, Qarabağ Hərbi Prokurorluğunun bazasında Ağdam Hərbi Prokurorluğu yaradılıb:

"Qısa zaman kəsiyində Qubadlı və Kəlbəcər hərbi, həmçinin Xankəndi şəhər və Laçın rayon prokurorluqları üçün müasir tələblərə cavab verən inzibati binaların istifadəyə verilməsi bölgədə prokurorluğun fəaliyyətinə praktiki töhfə vermiş oldu. Qeyd edə bilərəm ki, bu, təkcə orqanların fiziki qayıdışı deyil, həm də qanunun aliliyinin, cinayətkarlığa qarşı mübarizənin doğma torpaqlarda bərqərar edilməsidir".
Seçilən
16
1
azadmedia.az

2Mənbələr