AZ

Maduro Trampa meydan oxudu

Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsinin siyasəti, iqtisadiyyatı və ictimai həyatı ABŞ-dan asılı deyil.

Musavat.com xəbər verir ki, bu fikri o, “Venezolana de Televisión” telekanalına müsahibəsində səsləndirib.

Maduronun iddiasına görə, “əsl demokratiya – Venesuela demokratiyasıdır” və ölkədəki iqtisadi, siyasi, sosial həyat və sülh ABŞ-da “qrinqların nə yazıb dediyindən” asılı ola bilməz:

“ABŞ-da üstünlük və hökmranlıq kompleksi hökm sürür, amma Bolivar Respublikasının hökuməti Venesuelada sülhü, rifahı, demokratiyanı və azadlığı təmin edir”.

Prezident vurğulayıb ki, yeni Venesuelanın iqtisadi inkişafı və rifahı heç bir xarici qüvvədən asılı olmamalıdır və bu, venesuelalıların zəkası və istehsal potensialı sayəsində mümkündür. Onun fikrincə, demokratiya anlayışı “hazır modelləri kopyalamaqla” formalaşmamalı, Venesueladakı birbaşa demokratiya nümunəvi model kimi qəbul edilməlidir.

Vaşinqton isə Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir. Bu bəhanə ilə ABŞ hökuməti Karib dənizi regionuna böyük silahlı qüvvələr yerləşdirib.

Bundan əlavə, 7 oktyabr tarixində ABŞ prezidenti Donald Tramp, Venesuela ilə diplomatik gərginliyin həlli istiqamətində aparılan bütün danışıqların dayandırılması və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ölkədə diversiya əməliyyatlarına başlaması barədə göstəriş verib.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr