Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Vətən müharibəsi şəhidi Nadirov Rəşad Nadim oğlunun Bərdədə yaşayan ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidin Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıq yolu xatırlanıb, onun Vətən qarşısında keçdiyi şərəfli xidmət yoluna hörmət və ehtiram ifadə olunub.
Görüşdə ailənin sosial vəziyyəti ilə maraqlanılıb. Bildirilib ki, şəhid ailələrinin sosial müdafiəsi və rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə dayanıqlı dəstək tədbirləri gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rəşad Nadirov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.


