BAKI, 7 noyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib.
Teleqraf xəbər verir ki, "Zəfər turu"nun açılış matçında "Şamaxı" "İmişli"ni qəbul edib.
Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ayxan Abbasovun kollektivi hazırda 10 xalla turnir cədvəlinin 9-cu pillədə, Jorj Kaşkilyanın komandası isə 12 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.