BAKI, 7 noyabr. TELEQRAF
“Bu günədək 10 rayonun 30 yaşayış məntəqəsinə - 6 şəhər, 2 qəsəbə və 22 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub”.
Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ümumilikdə o torpaqlarda 60 minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır.