Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-ın Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Konqresdəki siyasi karyerasını bitirmək qərarına gəlib. Bu barədə Pelosi özü bildirib. “Mən Konqresə yenidən seçilmək niyyətində deyiləm. San-Fransisko, gücünü tanı. Biz tarix yazmışıq. Biz irəliləyişə nail olmuşuq. Biz həmişə ən ön sıralarda getmişik”, - Pelosi videomüraciətində deyib. Qeyd edək ki, 85 yaşlı Nensi Pelosi ABŞ Konqresində 40 ilə yaxın San-Fransiskonu təmsil edib. Onun mandatı 2026-cı ildə sona çatır.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi 2026-cı ildə seçiləndə iştirak etməyəcək və o, artıq siyasətdən getməsi haqqında qərar qəbul edib: “Nensi Pelosi 2000-ci ildən 2022-ci ilə qədər ABŞ Nümayəndələr Palatasında Demokratlar Partiyasını təmsil edirdi və palatanın sədri, spikeri idi. Pelosi özünü “Demokratlar Partiyası”nın siyasətçiləri arasında çox güclü bir siyasətçi kimi göstərmişdi”.
Elşad Həsənov
Elşad Həsənov təəssüflə qeyd edib ki, Nensi Pelosi Azərbaycana qarşı bir tərəfli mövqe tuturdu.
“Nensi Pelosi 2022-ci ilin sentyabrın 17-19-da iki günlük Ermənistana səfərə etdi. Sabiq spiker həmin ərəfə idi ki, 2022-ci ilin sentyabrın 12-13-də Ermənistan sərhəddə təxribat törətdi və Azərbaycan da onların layiqli cavabını verdi. Və belə bir şəraitdə Pelosi, Ermənistana gəldi və orada da Azərbaycana qarşı təxribat xarakterli bəyanatlar səsləndirdi. Təbii ki, bizim Xarici İşlər naziri onun cavabını verdi. Onun yanında ABŞ Konqresindən, nümayəndə palatasından erməniyönümlü konqressmenlər və senatorlar gəlmişdi. Avqust ayında Nensi Pelosi, son 25 ildə ilk dəfə olaraq Tayvana səfər etdi. Sabiq spiker ABŞ siyasətçilərinin içində ən yüksək vəzifəli şəxs idi. Həmin dövrdə də Pekin-Vaşinqton qarşıdurması var idi. Hətta, Çin tərəfi Nensi Pelosini gətirən təyyərəni vuracaqları ilə hədələmişdi, ancaq heç nə baş vermədi. Sabiq spiker Tayvanda oldu və görüşlər keçirdi. Amerikanın dəstəyini Tayvanda bildirdi.
Nensi Pelosi “Demokratlar Partiyası” üçün güclü bir kadr sayılırdı. Sabiq spikerin siyasətdən getmə xəbərinə Donald Tramp da xüsusi reaksiya verib və bildirib ki, Pelosinin siyasətdən getməsi, ABŞ üçün böyük hadisədir. Onu korrupsiyada, Amerikaya ziyan vurmaqda ittiham edib və belə bir siyasətçinin siyasətdən getməsini Amerikanın xeyrinə olan bir hadisə kim qiymətləndirib. Təbii ki, hazırda Respublikaçılar Partiyası da Amerika üçün çox da gözəl siyasət yeritmir və buna görə də elə bu aralıq seçkilərində, noyabrın 4-də də onlar bir çox yerlərdə uduzdular. Demokratlar, qubernator, prokuror, məhkəmələrdə seçildilər”-deyən politoloq bildirib ki, hazırda “Demokratlar Partiyası”nda güclü qadın siyasətçilər var, yəni Nensi Pelosinin getməsi heç də “Demokratlar Partiyası”nı zəiflətməyəcək.
Politoloq vurğulayıb ki, Nensi Pelosinin Qarabağ məsələsində də mövqeyi bir tərəfli olub: “Nensi Pelosi ermənipərəst mövqedən çıxış edirdi”.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.