Bu yay "Beşiktaş"dan ayrılıb Rusiyanın yolunu tutan Jedson Fernandeş yenidən Türkiyəyə qayıda bilər.

Offsideplus.az xəbər verir ki, "Fənərbağça" və "Qalatasaray" onun transferində maraqlıdır. "Sarı-lacıvərdlilər" bu keçiddə daha istəklidir.

Bu barədə türkiyəli jurnalist Serdar Ali Çelikler məlumat yayıb.

"Spartak" (Moskva) portuqaliyalı futbolçu üçün "Beşiktaş"a 20 milyon avro ödəyib.

26 yaşlı futbolçu burada 14 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, J. Fernandes daha əvvəl 6 ay icarə əsasında "Qalatasaray"da çıxış edib.