AZ

Azad edilmiş ərazilərdə 800-ə yaxın meyit qalığı aşkarlanıb

Ajans.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev rəsmi mətbuata müsahibəsində deyib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan qazıntılar zamanı aşkarlanan 29 kütləvi məzarlıqdan təxminən 800-ə yaxın meyit qalığı çıxarılaraq ekspertizaya göndərilib. Məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 203 nəfərin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn olunub. Baş prokuror qeyd edib ki, itkin kimi qeydiyyata alınan 3990 nəfərdən 3 min 984 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 44 günlük Vətən müharibəsində itkin düşüb. Onlardan 3 min 211 nəfəri hərbçi, 779 nəfəri isə mülki şəxsdir.

Seçilən
18
8
Ajans.az

9Mənbələr