AZ

Şahbaz Şərif Azərbaycana gəldi - YENİLƏNİB

ABŞ-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına içərisində ağ toz olan şübhəli bağlama çatdırıldıqdan sonra bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Ehtiyat tədbiri olaraq, bağlamanın ünvanlandığı binada və ona bitişik tikililərdə təxliyə aparılıb. Təcili yardım xidmətləri hadisə yerində işləyirlər. Onlar insanların həyatı üçün birbaşa təhlükə olmadığını müəyyənləşdiriblər. Maddənin tərkibi hələ müəyyən edilməyib, lakin təhlükəli maddələrlə işləyən mütəxəssislər ilkin olaraq onun təhlükə yaratmadığı qənaətinə gəliblər.

Telekanalın bildirdiyinə görə, bağlamada, həmçinin siyasi təbliğat materialları da olub.

Qeyd edək ki, Endryus hərbi bazası ABŞ prezidenti, vitse-prezidenti və administrasiyanın digər yüksəkvəzifəli şəxslərinin uçuşlarının təşkili üçün istifadə olunur.

Seçilən
25
avtosfer.az

1Mənbələr