AZ

İtaliya nəhəngi "Frayburq"un qapıçısını aparır

Almaniyanın "Frayburq" klubunun qapıçısı Noa Atubolu karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, 22 yaşlı qolkiperin xidmətində "Milan" maraqlıdır.

Mənbə "qırmızı-qaralar"ın sözügedən oyunçunu cari mövsümün sonunda transfer etməyə hazırlaşdıqlarını vurğulayıb. Məlumata görə, "Milan" müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq fransalı qapıçısı Mayk Menyan ilə ortaq məxrəcə gələ bilmir və bu səbəbdən Atubolu variantının reallaşmaq ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, Atubolu cari mövsüm Bundesliqada 9 matça çıxıb və bu oyunların 3-də qapısını toxunulmaz saxlayıb.

Nihat

Seçilən
30
1
fanat.az

2Mənbələr