AZ

Ukrayna ordusu Başqırdıstanı vurdu

BAKI, 7 noyabr. TELEQRAF

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (QUR) məxsus uzaqmənzilli dronlar Rusiyanın “Sterlitamak” neft-kimya zavoduna zərbələr endiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qurum bildirib ki, zavod Rusiyanın Başqırdıstan bölgəsində yerləşir və bu, ölkənin neft-kimya sənayesində əsas müəssisələrdən biridir.

Məlumatda qeyd edilib ki, zavodda Rusiya ordusu və hərbi-sənaye kompleksinin ehtiyacları üçün məhsullar (ionol, aviabenzin, sintetik polimerlərvə s.) istehsal olunur.

“Düşmən neft-kimya müəssisəsinə endirilmiş zərbə nəticəsində aviasiya yanacağına əlavə kimi istifadə olunan aqidol istehsalı sexində yanğın baş verib”, - Ukrayna kəşfiyyatı əlavə edib.

Seçilən
37
teleqraf.com

1Mənbələr