AZ

Avtobus kiçik, interval böyük Sakinlər narazılıq edir

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sulutəpə-“Memar Əcəmi” metrostansiyası marşrutu üzrə hərəkət edən 158 nömrəli avtobusda sərnişinlə sürücü arasında qalmaqal yaşanıb.

Axar.az xəbər verir ki, sakinlər avtobusların həm gec gəlməsindən, həm də kiçik ölçülü olmasından narazıdırlar.

Təxminən 5 aydır istifadəyə verilən, 17 oturacaqlı “minibus” tipli nəqliyyat vasitələri Sulutəpə sakinlərinin tələbatını qarşılamır.

Bundan əlavə, avtobuslar arasında intervalın 10-15 dəqiqə olması xüsusilə pik saatlarda problem yaradır və sərnişinlərin yolda qalmasına səbəb olur.

Məsələ ilə bağlı AYNA-dan bildirilib ki, sərnişindaşımada xidmət keyfiyyətinin artırılması məqsədilə sözügedən qurum tərəfindən mütəmadi olaraq marşrutlar üzrə monitorinqlər həyata keçirilir:

"Monitorinq zamanı fəaliyyətində nöqsan aşkar edilmiş daşıyıcıların müvəqqəti istismarında olan müntəzəm marşrut xətləri mərhələli şəkildə müsabiqəyə çıxarılır. Müsabiqə nəticəsində həm dövlət, həm də özəl daşıyıcılar tərəfindən yeni alınan avtobuslar həmin marşrutlar üzrə istismara buraxılır".

"Qeyd edək ki, Xocəsən qəsəbəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 158 nömrəli marşrut xətti bu ilin fevral ayında müsabiqəyə çıxarılıb və mayın 1-dən xətt üzrə yeni avtobuslar fəaliyyətə başlayıb. AYNA tərəfindən daşıyıcılara marşrut xətti üzrə avtobusların sayının artırılması və ya mərhələli qaydada iritutumlu avtobuslarla əvəz edilməsi ilə bağlı tapşırıq verilib", - açıqlamada bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
2
axar.az

3Mənbələr