Əmlak Məsələləri Dövlət Xidməti (VÖEN – 2000015631) açıq tender elan edir.
İpoteka Fondu Bakıda 200 milyon manatlıq mənzil tenderi keçirir
FED.az xəbər verir ki, tenderin predmeti ƏMDX-nın 33 mərtəbəli yeni inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura servis xidməti, təmir işlərinin və kommunal xidmətlərin satın alınması işlərinin həyata keçirilməsidir.
Ehtimal olunan qiymət 5 milyon 439 min 90 manat 65 qəpik təşkil edir.
Tender 7 noyabr 2025-ci il, saat 12:38-də dərc olunub. Təkliflərin təqdim olunma müddəti 15 dekabr 2025-ci il, saat 18:01-də başa çatır. Zərflərin açılışı da eyni tarixdə – 15 dekabr 2025-ci il, saat 18:01-də keçiriləcək.
İştirak haqqı 1.500 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Qeyd olunur ki, təchizatçıların sayı üçdən az olduğu hallarda satınalma baş tutmadığı istisna olmaqla, iştirak və istifadə haqları geri qaytarılmır.
Əlaqələndirici şəxs – Süleyman Bağırov, sektor müdiri.
E-poçt: [email protected]
Telefon: (+994 12) 311 01 60 (daxili 1455)
İddiaçılar təkliflərini 15 dekabr 2025-ci il, saat 18:01-ə qədər Bakı şəhəri, Heydər Əliyev prospekti 139 ünvanına təqdim edə bilərlər.