AZ

“Çempionatda ən vacib qələbələrdən birini qazandıq”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının IV turunun “Şamaxı” – “İmişli” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşdü.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları söylədi:

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onları sevindirmək istəyirdik. Çətin oyub oldu. “İmişli” hər kəsi təəccübləndirir. Hər komandaya qarşı yaxşı mübarizə aparırlar. Bilirdik ki, bu gün üç xal bizim üçün çox vacib idi. İlk dövrəni 13 xalla bitirdik. Bu, bizim üçün yaxşıdır. Komanda olaraq istədiyimiz oyunu göstərə bilirik. Düzdür, bəzən alındı, bəzən yox. Bugünkü matçda ikinci hissədə daha yaxşı oynadıq. Çempionatda ən vacib qələbələrdən birini qazandıq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
futbolpress.az

1Mənbələr