ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"44 günlük Vətən Müharabəsi şanlı tariximizdir. Bir gündən sonra bu şanlı tariximizin beşinci ili tamam olur. Bu beş il ərzində xalqımız qürurlu, başını dik tutaraq gəzir. Beş il bizim sevinc günlərimizdir. Beş il həm də bizim yaşadığımız acı tarixi xatırlaya-xatırlaya, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası tarixidir".Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, bu beş il bizim üçün quruculuq və yaradıcılıq illəri oldu:"Ermənilər 30 il ərzində dağıdıb, məhv edib, viran qoyduğu əraziləri biz isə beş ildə yenidən qururuq, bərpa edirik, bu günə qədər 20 minə yaxın keçmiş məcburi köçkünü öz doğma yurd-yuvalarına qaytararaq, firəvan həyat təmin edə bilmişik. Dövlət başçımızın müvafiq sərəncamı ilə imzalanmış “2022-2026-cı illəri əhatə edən Böyük Qayıdış Dövlət Proqramı” uğurla icra olunur. Bu gün artıq 100-ə yaxın yaşayış məntəqəsinin təməlləri atılıb. Demək olar ki, bütün sosial infrastruktur layihələri, işğaldan azad olunmuş ərazilərdə yenidən qurularaq bərpa olunub başa çatmaq üzrədir və qoyulmuş hədəflərə çatmağımızın bir addımlığındayıq. 2026-cı ilə qədər biz 140 mindən çox keçmiş məcburi köçkünü öz doğma yurdlarına qaytara biləcəyik". Deputat qeyd edib ki, 8 avqustda Vaşinqtonda imzalanmış sazişlər yeni reallıqların Ermənistan tərəfindən qəbul olunması, regionda yaratdığımız yeni reallıq üzərində sülh gündəliyinin artıq praktikaya keçməsinin sübutu oldu: "Yəni, Zəfər günümüzdə Azadlıq meydanımızda möhtəşəm hərbi parad keçiriləcəkdir. Bu paradda Azərbaycan öz hərbi gücünü bir daha nümayiş etdirərək, Azərbaycana bundan sonra da çəp gözlə baxmaq istəyənlərə bir mesaj göndərmiş olacaqdır".Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.