AZ

AB Gürcüstanı Təhlükəsizlik və Cinayətkarlıq Layihələrindən kənarlaşdırıb

Oxumeni.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AB Gürcüstanı Təhlükəsizlik və Cinayətkarlıq Layihələrindən kənarlaşdırıb

Avropa Birliyi Gürcüstanın təhlükəsizlik və mütəşəkkil cinayətkarlıq üzrə Aİ tərəfindən maliyyələşdirilən regional layihələrdə iştirakını dayandırıb. Bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinskinin ölkənin Xarici İşlər Nazirliyinə ünvanladığı və Rustavi 2 tərəfindən əldə edilən məktubda bildirilib.

"Gürcüstandakı müstəsna hallar və Gürcüstanın Aİ-yə qəbul prosesinin faktiki olaraq dayandırılması ilə nəticələnən Avropa Şurasının 27 iyun 2024-cü il tarixli rəyinə uyğun olaraq, sizə bildirirəm ki, Gürcüstanın Aİ tərəfindən maliyyələşdirilən təhlükəsizlik və mütəşəkkil cinayətkarlıq üzrə sonrakı regional layihələrdə iştirakı dayandırılıb", - deyə Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabişviliyə ünvanlanan məktubda bildirilir.

Gerçinskinin məktubda aydınlaşdırdığı kimi, bunlar üç layihədir: mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə Avropol tərəfindən dəstəklənən Şərq Tərəfdaşlığı layihəsi, mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə TOPCOP II layihəsi və narkotik monitorinqi üzrə EU4MD II layihəsi. Gürcüstanın proqramlardan dayandırılması 15 oktyabrda qüvvəyə minib və Gürcüstan Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin nümayəndələrinə şamil edilir.

Əziz MUSTAFA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
oxumeni.az

2Mənbələr