Cümə namazı zamanı İndoneziyanın paytaxtı Cakartada yerləşən məsciddə baş verən partlayış nəticəsində 55 nəfər müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Hadisə Kelapa Gading rayonundakı məktəb kompleksinin ərazisində yerləşən məsciddə baş verib. İlkin məlumata görə, partlayışın törədilməsində 17 yaşlı yeniyetmə şübhəli bilinir.
İndoneziya parlamentinin sədr müavini Sufmi Dasko Əhməd jurnalistlərə açıqlamasında bildirib ki, şübhəli hazırda cərrahi əməliyyat olunur.
Nuriyyə NATİQQIZI