ABŞ-ın dövlət katibi Marko Rubio şəxsi söhbətlərdə bildirib ki, hazırkı vitse-prezident Cey Di Vens 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından irəli sürüləcək əsas iddiaçı kimi nəzərdən keçirilir. Bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
"Marko aydınlaşdırdı ki, Cey Di istəsə, respublikaçıların namizədi olacaq", - dövlət katibinə yaxın bir mənbə qeyd edib.
Daha əvvəl ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris, hazırkı dövlət başçısı Donald Trampa məğlub olmasına baxmayaraq, 2028-ci ildə yenidən dövlət başçısı seçkilərində iştirak edə biləcəyini istisna etməmişdi.
Bundan əvvəl Tramp bildirmişdi ki, vitse-prezident Vens respublikaçılardan gələcək seçkilərdə ən ehtimal olunan namizəddir. Bununla belə, ABŞ liderinin sözlərinə görə, digər iddiaçılar da var, məsələn, ABŞ-ın dövlət katibi Marko Rubio.
Almaz Həsənli