AZ

Moskva: “Bakı və İrəvan hələ çox işləməlidir”

AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin bəyanatında belə deyilir.

“O cümlədən sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazın bütün ölkələrinin və onların yaxın qonşularının mənafeyinə uyğun şəkildə nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, dövlət sərhədinin ədalətli delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyəti vasitəsilə səmərəli əlaqələrin qurulması da daxil olamqal ikitrərfli münasibətlərin tənzimlənməsi prosesində Azərbaycala Ermənistan çox işləməlidirlər”,- Rusiya XİN bildirib.

Moskvanın isə, öz növbəsində, bundan sonra da azərbaycanlı və erməni tərəfdaşlarına bütün sahələrdə, o cümlədən 3+3 Regional Əməkdaşlıq Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, İran, Türkiyə) çərçivəsində hərtərəfli yardım göstərməyə hazır olduğu vurğulanır.

Bu baxımdan, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında razılaşmaların“qüvvədə qaldığı və öz aktuallığını itirmədiyi”iddia edilir.

“Ümumilikdə, dörd bəyanat (2020-2022-ci illərdə verilmiş) ən yüksək səviyyədə sülh prosesi üçün yol xəritəsini formalaşdırır. Bu sazişlər qüvvədə qalır və öz aktuallığını itirməyib. Üçtərəfli formatda yaradılmış mühüm zəmindən Azərbaycan və Ermənistan tərəfləri, o cümlədən birbaşa dialoqda fəal şəkildə istifadə edirlər”,- Rusiyanın diplomatiya idarəsi diqqətə çatdırıb.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, bu kontekstdə Rusiya tərəfi 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri tərəfindən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsinin paraflanmasını müsbət qiymətləndirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
36
1
azvision.az

2Mənbələr