AZ

“Pajizni cesi” 60 sutkalıq həbs olundu

Sosial şəbəkələrdə, xüsusilə canlı yayımlar zamanı mənəvi dəyərlərə zidd hərəkətlər edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Milli.Az bildirir ki, belə hallardan biri sosial mediada "pajiznicesi" adlı səhifəni idarə edən 1998-ci il təvəllüdlü Cəsarət Cavadovla bağlı olub. O, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi tərəfindən saxlanılıb.

Məhkəmənin qərarına əsasən Cavadov inzibati qaydada 60 sutka müddətinə həbs edilib.

Milli.Az

Seçilən
47
milli.az

1Mənbələr