AZ

Ərdoğan İlham Əliyev və Şahbaz Şəriflə ikitərəfli görüşəcək

Prezident Rəcəb Tayyib Ərdoğan 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak etmək üçün Azərbaycana səfər edəcəklər.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran "X" platformasında yazıb.

Bildirilib ki, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edəcək Pakistanın Baş Naziri Şahbaz Şərif ilə ikitərəfli, regional və qlobal məsələlər barədə görüşlər keçirmələri də nəzərdə tutulur.

Seçilən
30
teleqraf.com

1Mənbələr