AZ

Qardaşı oğlunun qətlində təqsirləndirilən şəxs HƏBS EDİLDİ

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadov barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində 1987-ci il təvəllüdlü B.İbadovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və B.İbadov barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, noyabrın 4-də Bakının Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində 2006-cı il təvəllüdlü Yasin İbadov qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Y.İbadovun əmisi B.İbadov saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
5
bakivaxti.az

6Mənbələr