AZ

İnanırıq ki, Pəncəli Teymurovdan sonra Raquf Orucov da o ada layiq görüləcək

Toyunda özünə şəhidlik arzulayan Aprel döyüşləri şəhidi, XTQ giziri Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

NOCOMMET.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu xəbər P.Teymurovu tanıyan hr bir azərbaycan övladının arzusu idi! Pəncəli bu adı öz cəsarəti, igidliyi, bilik və bacarığı, nəhayət qanı ilə haqq edib.

Ümid edirik ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik–leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Aprel döyüşləri şəhidi. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilən Raquf Orucov da haqq etdiyi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüləcək.

Xatırladırıq ki, əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. O, “İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” II-ci və III-cü dərəcəli medalları ilə təltif olunub.

Əntiqə Rəşid

Seçilən
40
1
nocomment.az

2Mənbələr