AZ

Diaspor sədri təltif olundu - Foto

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığına tabe olan Knyaz Svyatoslav Xorobri adına 3-cü Ayrı Xüsusi Təyinatlı Alayın fəxri mükafatı ilə təltif olunub.

XəzərNews.az xəbər verir ki, bu mükafat əməkdaşlıq, qarşılıqlı hörmət və birgə fəaliyyətin simvolu kimi qiymətləndirilir.

Fəxri fərmanın təqdim edilməsi Ukrayna ilə Azərbaycan arasında dostluq və qarşılıqlı dəstəyin daha da möhkəmlənməsinə xidmət edir.

Təqdimat zamanı Ukrayna hərbçiləri H.Cavadın orduya dəstəyini və həmrəyliyini xüsusi qeyd ediblər.



Xəbər 1 dəfə oxunub.
Seçilən
96
6
xezernews.az

7Mənbələr