AZ

Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə sülh gündəliyini müzakirə etdi

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

"NATO-ya üzv dövlətlərin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam. Görüş zamanı səmərəli və uğurlu NATO–Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr apardıq, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi etdik", - paylaşımda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
16
bakivaxti.az

10Mənbələr