Gəncədə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 7dəfədən çox artıb.
FED.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində əsas kapitala 346,6 milyon manat vəsait yönəldilib.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,2 dəfə çoxdur.
Əsas kapitala yönəldilən vəsaitlərin 84,7 faizi dövlət, 15,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olub. Ayrılan vəsaitlərin 293,0 milyon manatı və ya 84,6 faizi birbaşa tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 dəfə artım deməkdir.