AZ

Q. Hüseylidən xəbərdarlıq, Saakaşvilidən təpki, Z.Məmmədlidən “SOS”…

Hələ 2020-ci -2021-ci ildən politoloq və ekspertlərimiz həyəcan təbili çalmaqdadır ki, Gürcüstanda azərbaycanlıların yumşaq deportasiyası həyata keçirilir.

Xüsusən, politoloq Qabil Hüseynli azərbaycanlıların Dmanisidəki (Başkeçid) problemlərinin tarixçəsinə də nəzər salaraq mediaya söyləmişdi ki, azərbaycanlıları “gözümçıdı”ya salan etnik svanlar Gürcüstanda kriminal hərəkətləri ilə ad çıxarıblar:”Dmanisidə (Başkeçid) torpaqlarını qoyub bəziləri Rusiyaya, kimisi üzünü Bakıya çevirəndə həmin torpaqlar yetim qaldı. Gürcülər isə azərbaycanlıların torpaqlarına svanları doldurdular. Onlara geniş torpaq sahələri verdilər. Bir zamanlar ancaq dağlarda yaşamış svanlar indi “işgüzar adam” olublar. Meşələri qırırlar. Əkib-becərilən yerlərdə də işçi kimi Dmanisidə az-çox qalan azərbaycanlılardan istifadə edirlər.

Düşünmürəm ki, baş verən hadisələrin ciddi motivi var. Azərbaycanlıların dükanında spirtli içkini pulsuz almaq üstündə dava başlayıb. Bir şüşəyə pulu olmayan işsiz svanlar qəzəblənib ki, necə ola bilər ki, Dmanisidə azərbaycanlıların marketi olsun? Mağazanın şüşələrini sındırıblar, dükanda dağıntılar ediblər və dava başlayıb”

Bəli, uzun illərdir ki, Gürcüstanda azərbaycanlılara qarşı dövlət səviyyəsində mənfi münasibət mövcuddur. Amma nədənsə , bunun qarşısı dövlətlər səviyyəsində alınmır. Elə alınmadığı üçün də 2 gün əvvəl Tiblisidə supermarketdəki olaya bənzər olaylar gündəmdən qalxmır. Bəli gürcü qadını gürcüləri qrup şəkilində yığaraq 2 azərbaycanlını döydürməsi proseslərin məntiqi nəticəsidir.

Olaya Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də etinasız qalmayıb:”Bu gün Gürcü Arzusu hakimiyyətinin tərəfdarları Vake rayonundan olan “Manço” ləqəbli bir qadını saxlayıb.

Həmin qadın 2013-cü ildə sabiq prezidentin vaxtilə ona məxsus olan pizzeryaya hücum edib, içəri daxil olaraq əşyaları dağıtmışdı. İndi isə o öz dəstəsi ilə birlikdə bizim etnik azərbaycanlı həmyerlilərimizə hücum edib. Belə adamlar İvanişvilinin son dayaqlarıdır. Onlar siyasi sistemin küçə dəstələridir. Mən əminəm ki, o, həbs olunmayacaq”.

Qeyd edək ki, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ötən gün sosial şəbəkə hesabın paylaşım edib: SOS…

Gürcüsranın Qabal kəndində ötən gecə gürcü xüsusi təyinatlılarının evə basqını zamanı Mirzə Əliyevin öz evində qətlə yetirilməsi düşündürücü olmaqla, xeyli suallar doğurur.

Ardıcıl olaraq soydaşlarımıza qarşı( çox halda etnik kimliyinə görə) zorakılıqlarda iki dövlət və xalq arasında etimadı sarsıtmaq cəhdi hiss olunmaqdadır.

Azərbaycan tərəfi ilə Gürcüstan rəsmilərinin bu hadisələrin mənşəyinin aydınlaşdırılması üçün iş birliyinə ehtiyac duyuram”.

Əntiqə Rəşid

Seçilən
59
nocomment.az

1Mənbələr