12 və 13 noyabr 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkd.
Banker.az-a bu barədə Bakı Fond Birjasından məlumat verilib.
Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
(gün) İSİN Hərrac
tarixi Hərraca çıxarılan məbləğ (manat) Nominal Miqdar Notun ödəniş tarixi 28 AZ2547024706 12.11.2025 5.000.000 100.000 50 10.12.2025 84 AZ2546024707 13.11.2025 2.500.000 100.000 25 05.02.2026 168 AZ2545024708 12.11.2025 2.500.000 100.000 25 29.04.2026 252 AZ2544024709 13.11.2025 2.500.000 100.000 25 23.07.2026
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.