AZ

Hərbi liseyin rəisinə orden verildi

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilib.

News365.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, təltif edilənlər arasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev də var.

Bakıvaxtı.az-ın məlumatına görə, Mirzəyev Anar Mehman oğlu 25 oktyabr 1982-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "motoatıcı" ixtisası üzrə təhsil alıb. Təhsil dövründə nizam-intizamına görə bir neçə dəfə bölük birincisi seçilib.

Zabit Rumıniyada keçirilən NATO təlimlərinin iki dəfə iştirakçısı olub. Müdafiə Nazirliyinin keçirdiyi ordu üzrə “ən yaxşı tabor komandiri” yarışında birinci yeri qazanıb. 2017-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

A.Mirzəyev 2020-ci ildə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.

O, 2024-cü il 20 iyul tarixində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi təyin olunub.

Seçilən
7
1
news365.az

2Mənbələr