AZ

Ermənistanda hakimə cinayət işi AÇILDI

Ali Məhkəmə Şurası Ermənistan hakimi Naira Qriqoryanın səlahiyyətlərini dayandırıb.

Hakim barəsində cinayət təqibinə razılıq verildi

İnterpress.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Ermənistan Baş prokurorunun 6 noyabr 2025-ci il tarixli təqdimatı əsasında Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Naira Manvelovna Qriqoryana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilib.
Bundan sonra Ali Məhkəmə Şurası 7 noyabr 2025-ci il qərarı ilə hakimin səlahiyyətlərini cinayət işi tamamlanana qədər dayandırıb.

Qeyd olunur ki, Naira Qriqoryan Ermənistanın tanınmış, qalmaqallı fiquru sayılan Manvel Qriqoryanın qızıdır.

Xuraman Etibarlı
İnterpress.az

 

Seçilən
81
interpress.az

1Mənbələr