BAKI, 7 noyabr. TELEQRAF
“Türkiyə ilə Avropa İttifaqı bir-birini tamamlayan iki ünsürdür”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada rumıniyalı həmkarı ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.
“Görüşda Türkiyə-Avropa İttifaqı münasibətlərini də müzakirə etdik. Rumıniyanın Türkiyənin Aİ-yə üzvlük prosesinə göstərdiyi səmimi dəstəyi həmişə yüksək qiymətləndirmişik. Türkiyə ilə Avropa bir-birini tamamlayan iki ünsürdür. Avropa liderləri tərəfindən son dövrlərdə (Türkiyən mümkün üzvlüyü ilə bağlı) səsləndirilən konstruktiv mesajlar münasibətlərimizdəki mövcud durğunluğu aradan qaldırmaq üçün dəyərli bir fürsət yaradır”, - o qeyd edib.