AZ

İspaniyanın keçmiş kralından ETİRAF: Qardaşımı alnından vurub öldürmüşəm

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın keçmiş kralı Xuan Karlos 70 il sonra qardaşını öldürdüyünü etiraf edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İspaniyada sürgündə yaşayan 87 yaşlı keçmiş kralı Xuan Karlos I, uzun illər gizli saxladığı ailə faciəsini nəhayət, etiraf edib.

Yaxın günlərdə nəşr olunacaq “Mi vida, mi verdad” (“Həyatım, Həqiqətim”) adlı xatirə kitabında o, 1956-cı ildə qardaşı Alfonsonu təsadüfən güllələdiyini açıqlayıb.

Hadisə Portuqaliyadakı ailə evlərində baş verib. O zaman 18 yaşında olan Xuan Karlos kitabında yazır: “Bu faciənin ağırlığını heç vaxt üzərimdən ata bilməyəcəyəm. Gülllə darağını çıxardıq, amma lülədə bir güllə qaldığını bilmirdik”.

Onun sözlərinə görə, güllə divardan sıçrayaraq qardaşının alnına dəyib və Alfonso atasının qucağında can verib.

Kral ailəsinin gizli faciəsi

O dövrdə heç bir rəsmi istintaq aparılmayıb. Kralın atası silahı dənizə atıb, Alfonsonun cəsədini isə İspaniya bayrağı ilə örtüb. Xuan Karlos həmin anları belə xatırlayır: “Atam məni silkələyərək dedi: “Bunu bilərəkdən etmədiyinə and iç”. Amma aramızdakı münasibət bir daha əvvəlki kimi olmadı”.

Keçmiş kral əlavə edib ki, qardaşını və dostunu itirmək onun bütün həyatını dəyişib: “O, mənim sirdaşım idi. Onu itirəndən sonra həyatım qaraldı. Hər gün onu xatırlayıram”.

Skandallarla kölgələnmiş hakimiyyət

Faciədən bir müddət sonra Xuan Karlos hərbi məktəbə qayıdıb və 1975-ci ildə diktator Fransisko Frankonun ölümündən sonra taxta çıxıb.

Lakin illər keçdikcə onun adı korrupsiya qalmaqalları, bahalı həyat tərzi və cinsi münasibətlər iddiaları ilə anılıb.

Xatirə kitabı Frankonun ölüm ildönümündə nəşr olunacaq

Hazırda Dubayda sürgün həyatı yaşayan Xuan Karlosun “Mi vida, mi verdad” adlı kitabı, Fransisko Frankonun ölümünün 50 illiyi ərəfəsində İspaniyada satışa çıxarılacaq.

Kitabın nəşr tarixi təsadüfən seçilməyib. Bu dövr İspan monarxiyasının yenidən doğuluş mərhələsi sayılır. Lakin keçmiş kralın bu etirafı ölkədə böyük rezonans yaradıb və Kral ailəsinin uzun illər gizlədilmiş faciəsini yenidən gündəmə gətirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
lent.az

1Mənbələr