AZ

"Birinci dövrədə 13 xal qazanmaq "Şamaxı" üçün yaxşı nəticədir" - Ayxan Abbasov

Misli Premyer Liqasının XI turunda "İmişli"ni 1:0 hesabı ilə məğlub edən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Bilirdik ki, bu üç xal bizim üçün vacibdir. Turnir cədvəlində həm yerimizi möhkəmləndiririk, həm də rəqibdən bir xal irəliyə çıxırıq. Ümumi götürsək, birinci dövrədə 13 xal qazanmaq "Şamaxı" üçün yaxşıdır. Bəzi oyunlarda itkilərimiz oldu. Amma əsas odur ki, komanda olaraq istədiyimiz oyunu göstərdik. Bugünkü matçda oyun intizamından qopmadıq. İkinci hissədə daha çox üstünlüyümüz oldu. Birinci hissənin ilk 15-20 dəqiqəsində rəqibin üstünlüyü vardı. Deyərdim ki, çempionatda ən vacib qələbələrdən birini qazandıq. Fasilədən səmərəli istifadə edib xal ehtiyatımızı artırmağa çalışacağıq".

Baş məşqçi azarkeşlərə təşəkkür edib:

"Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Həqiqətən onları bu gün evdə sevindirmək istəyirdik və bu bizə nəsib oldu. Çətin oyun idi. İmişli komandası bu il hər kəsi təəccübləndirir. Həqiqətən I Liqadan Premyer Liqaya çıxıb hər bir rəqibə qarşı yaxşı mənada müqavimət göstərir və xal qazanır. Ona görə də "İmişli"yə uğurlar arzulayıram".

Seçilən
13
fanat.az

1Mənbələr