AZ

İrem Derici sevgilisi ilə ayrılıb? - İDDİA

Bir müddətdir DJ Melih Kunukçu ilə sevgili olan və evlilik hazırlığı etdiyi bilinen məşhur müğənni İrem Dericidən diqqət çəkən bir addım gəlib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesabında sevgilisini izləmədən çıxaran və birlikdə çəkildikləri bütün şəkilləri silən Dericinin bu davranışı, "Cütlük arasında soyuqluqmu var?" suallarını gündəmə gətirib.

Fanatları, "Ayrıldılar mı?" kimi şərhlər yazarkən, Melih Kunukçunun profilində hər hansı bir dəyişiklik etməməsi diqqət çəkib. Özəl həyatı və hit mahnıları ilə tez-tez gündəmə gələn İrem Derici, DJ Melih Kunukçu ilə yaşadığı aşkla da tanınırdı. Evlilik hazırlığı etdiyi bildirilən cütlüyün ayrıldığı iddiaları isə magazin gündəmində bomba effekti yaradıb.

Seçilən
14
manset.az

1Mənbələr