AZ

“Arsenal” Raysın qiymətini müəyyənləşdirdi

“Arsenal” yarımmüdafiəçisi Deklan Rays üçün qiymət təyin edib.

Msport.az xəbər verir ki, London klubu futbolçunun qiymətini 150 milyon avro dəyərində müəyyənləşdirib.

Buna səbəb “Arsenal”ın futbolçunu satmaq istəməməsidir. 26 yaşlı oyunçu İspaniya təmsilçisi “Real”la yanaşı bir sıra klubların maraq dairəsindədir. Futbolçunun kluba müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, D.Rays cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 16 matçda 2 qola və 5 məhsuldar ötürməyə imza atıb. “Transfermarkt” portalı yarımmüdafiəçini 120 milyon avro dəyərində qiymətləndirir.

Seçilən
62
msport.az

1Mənbələr