AZ

İki NATO ölkəsi Türkiyənin “göydəki gözü”nü yerləşdirir

Polşa və Rumıniya Türkiyənin “Merops” adlı mobil hava hücumundan müdafiə sistemini quraşdırmağa başlayıb.

KONKRET.az xəbər verir ki, Associated Press-in məlumatına görə, “Merops” artıq Ukraynada sınaqdan keçirilib. Sistem pikap avtomobilinin kuzovuna belə yerləşdirilə bilir və pilotsuz uçuş aparatlarını (PUA) aşkar edib məhv etmək gücünə malikdir. O, peyk və ya elektron rabitə siqnallarının boğulduğu şəraitdə belə süni intellekt vasitəsilə naviqasiyanı həyata keçirə bilir.

Məlumata görə, NATO gələcəkdə “Merops” sistemlərini alyansın bütün şərq sərhədi boyunca yerləşdirməyi planlaşdırır ki, “Moskva onun sərhədlərini keçmək barədə heç düşünməsin”. Bundan əlavə, sistemin kritik əhəmiyyətli obyektlərin müdafiəsində də istifadə ediləcəyi bildirilir.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Seçilən
49
1
konkret.az

2Mənbələr