AZ

Ağstafada Zəfər Günü münasibəti ilə silsilə tədbirlər davam etdirilir FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağstafada xalqımızın milli qürur mənbəyi 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş növbəti tədbirlər keçirilib.

"Unikal" xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Zəfər veloyürüşü, “Vətən nəfəsi” adlı ağacəkmə aksiyaları və şəhidlərimizin ailə üzvləri ilə növbəti görüş keçirilib. Tədbirlərdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, RİH-in könüllü gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ağstafalı yeniyetmə və gənclərin Zəfər veloyürüşü keçirilib.

Bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, 8 Noyabr - Zəfər Günü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu birliyinin, qətiyyətinin və vətənpərvərlik ruhunun rəmzidir. Ümummilli Lider Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycanın bu tarixi Zəfəri gələcək nəsillərə qürur və ilham mənbəyi kimi miras qalacaq, onların hər zaman Vətənə olan sevgisini və bağlılığını artıracaqdır. RİH başçısı iştirakçılara bayram təbriklərini çatdırıb, yürüşə qatılan hər bir velosipedçiyə təşəkkürünü bildirərək uğurlar arzu edib. Ümumilikdə 350 nəfərədək yeniyetmə və gəncin qatıldığı veloyürüş Ağstafa şəhəri, Heydər Əliyev prospekti - Rafiq Alıcanov - Hüseyn Arif küçələri marşrutu üzrə baş tutub.

Sonra Köçəsgər, Həsənsu və Muğanlı kəndlərində şəhidlərimizin şərəfinə “Vətən nəfəsi” adlı ağacəkmə aksiyaları təşkil olunub. Torpaq-iqlim şəraiti nəzərə alınaraq təşkil olunan aksiyalarda iki min ədədə yaxın müxtəlif növ meşəcinsli və meyvə ağacları əkilib. Əkilən ağaclara zəruri aqrotexniki qulluq göstərilib.

Daha sonra isə rayon ərazisində fəaliyyət göstərən ictimai istirahət məkanlarından birində şəhidlərimizn ailə üzvləri ilə növbəti görüş keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
unikal.az

3Mənbələr