AZ

“Təmiz hava” və təhlükəsiz yol: Ağstafada nəzarət tədbirləri davam edir VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağstafada piyadaların təhlükəsizliyi və “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir.

Avtosfer.az xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik-monitorinq tədbirlərini davam etdirirlər.

Tədbirlər zamanı yolun müəyyən olunmamış hissəsindən keçən piyadalarla maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib. Eyni zamanda, qayda pozan şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin piyadalara diqqətli olmaq, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etmək və yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha xatırladılıb.

Daha sonra polis əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində monitorinq tədbirləri keçiriblər. Monitorinq zamanı avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə ölçülüb. Normadan artıq tullantı buraxan nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılıb və inzibati protokollar tərtib olunub.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
avtosfer.az

1Mənbələr