Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Jurnalistlər üçün təlimlərin birində “mentor” sözünü çox işlədirdilər. Soruşdum ki, axı bu “mentor” nə deməkdir?İzah etdilər. Dedim, onda “ustad” deyin də, dilimizdə gül kimi qarşılığı var, “mentor” niyə deyirsiniz ki?".
Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasını sədri Rəşad Məcid sosial media hesabında yazıb.
O təssüflənib ki, savadlı görünmək üçün bəzən belə sözlərdən istifadə edirlər: "Bu gün "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda peşəkar media mütəxəssislərinin narahatlıqları həmin hadisəni yadıma saldı. Əslində belə məqamlar, misal gətiriləsi oxşar hadisələr çoxdur. İnanmaq istərdim ki, bugünkü konfrans yabançı sözləri yeri gəldi-gəlmədi işlədənləri düşünməyə vadar edəcək".
Samir
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.