AZ

Bugünkü nəsilartırma dinamikası bizi narahat edir Deputat

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bugünkü nəsilartırma dinamikası bizi narahat edir və etməlidir.Artıq uzun müddətdir ki, müasir Azərbaycan ailələrində bir, ən çox iki uşaq dünyaya gətirilir və böyüdülür. Çox nadir hallarda üç və daha çox uşağın doğulmasına rast gəlinir. Bunun əsas səbəbi iqtisadi çətinliklərdir".Bu sözləri Demokrat.az-a açıqlamasıda deputat Arzuxan Əlizadə deyib.O bildirib ki, uşaqların böyüdülməsi, təhsili və sağlamlığı üçün tələb olunan xərclər gənc ailələri az uşaqla kifayətlənməyə məcbur edir:"Əgər ailədə bir uşaq doğulursa, bu artım sayılmır. İki uşaq doğulanda isə sadəcə balans qorunur. Nəsil artımı üçün ailədə ikidən çox uşaq olmalıdır. Bu, artıq ölkənin genofondu üçün narahatedici vəziyyətdir.Ailələrdə daha çox uşağın doğulması və böyüdülməsi təşviq edilməlidir. Gənc ailələrə mənzil və iş imkanları yaradılmalıdır. Uşaqlara dövlət qayğısı artırılmalıdır ki, ailələr daha çox uşaq dünyaya gətirməyə həvəslənsinlər.İşsizlik və mənzil problemi nikahların azalmasına və boşanmaların artmasına səbəb olur. Bu da gələcəkdə ölkənin demoqrafik vəziyyətinə mənfi təsir göstərə bilər. Buna görə də bu istiqamətdə vacib addımlar atılmalıdır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
demokrat.az

1Mənbələr