AZ

Serialların görünməyən təsiri: Uşaqların duyğularını ekranlara həvalə etməyin

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Uşaqların və yeniyetmələrin uzun müddət, fasiləsiz şəkildə televizor qarşısında əyləşməsi, seriallara baxması onların zehni və emosional inkişafına mənfi təsir göstərə bilər”.Bunu psixoloq Vüsalə Rəhimli Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki, passiv müşahidə uşaqlarda təxəyyül və yaradıcılıq qabiliyyətini zəiflədir:“Uşaq öz oyun dünyasını qurmaq, düşünmək və təcrübə etmək əvəzinə, hazır səhnələri izləyərək real həyatdan uzaqlaşa bilər. Emosional yüklü və dramatik səhnələr uşaqlarda gərginlik, qorxu, aqressiya və ya mənfi davranış modellərinin formalaşmasına səbəb ola bilər. Seriallarda təqdim olunan həyat tərzi və münasibət formaları çox vaxt reallığa uyğun olmur. Bu isə yeniyetmələrdə reallıqdan uzaq gözləntilər və özünə qarşı narazılıq yarada bilər. Uzunmüddətli ekran qarşısında qalmaq sosial ünsiyyət bacarıqlarını zəiflədir. Uşaq ailə və ya həmyaşıdlarla az vaxt keçirdikcə, empatiya və emosional tənzimləmə bacarığı inkişaf etmir. Bu səbəbdən valideynlərə tövsiyə olunur ki, uşaqların televizor qarşısında keçirdiyi vaxtı məhdudlaşdırsınlar”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr