Birləşmiş Ərəb Əmirliklırində kriptovalyuta fırıldaqçısı Roman Novak və həyat yoldaşı Anna qətlə yetirilib. O, fırıldaqçılıq yolu ilə 500 milyon dollar qazanmışdı.
AzPost-un məlumatına görə, Fontanka portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, söhbət Sankt-Peterburq sakini Roman Novak və həyat yoldaşı Annadan gedir.
Roman Novak kimdir?
Roman Telegram Wallet-ə alterantiv olan Fintopio kriptovalyuta köçürmə tətbiqinin yaradıcısı kimi tanınır. 78.ru xəbər verir ki, o, layihə üçün təxminən 500 milyon dollar investisiya cəlb edib və sonra yoxa çıxıb.
İnvestorları layihəyə investisiya qoymağa inandırmaq üçün o, ərəb şahzadələri və Pavel Durovla “tanış” olduğunu iddia edib.
Daha əvvəl Çeka-OGPU öz mənbələrinə istinadən bildirmişdi ki, Novak və Telegram yaradıcısı birinci kursda tələbə yoldaşı olub.
2020-ci ilin noyabr ayında Novak fırıldaqçılıqda ittiham olunaraq altı il həbs cəzasına məhkum edilib. RBC xəbər verir ki, məhkəmə onun “Sport v Narod” layihəsinin həmsahibindən 100.000 dollar oğurlamaq planı hazırladığını müəyyən edib.
Nə baş verib?
Roman və Anna ilə təxminən bir ay əvvəl əlaqə itib. Fontanka xəbər verir ki, ilkin məlumatlara görə, onlar Dubaydan bir saat yarım məsafədə yerləşən Hatta şəhərində kirayə götürdükləri villada qətlə yetiriliblər.
Cinayətkarlar Novakın kriptovalyuta cüzdanına daxil olmaq üçün potensial investorla görüşmək adı altında orada görüş təşkil ediblər. Cüzdan boş olub.
Fontanka iddia edir ki, bundan sonra cinayətkarlar Novak və həyat yoldaşını tikətikə edərək parçalayıblar, sonra isə qalıqlarını torbalara qoyublar.
İlkin məlumatlara görə, qətldə yeddi nəfər şübhəli bilinir. Onların arasında Rusiya və Qazaxıstan vətəndaşları da var. Artıq iki nəfər Rusiyaya qayıdıb və orada saxlanılıblar.
Şübhəlilərdən biri 53 yaşlı keçmiş Sankt-Peterburq polis detektividir. Fontanka qeyd edir ki, o, əvvəllər külli miqdarda narkotik satdığına görə həbsxanaya salınıb.