AZ

Daşkəsəndə Zəfər Gününün beşinci ildönümünə həsr olunan konfrans keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Daşkəsən, 7 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan ümumrayon konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir rayon İcra Hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub.

Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda vurğulanıb ki, beş il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu döyüş meydanında qəhrəmanlıq və rəşadət göstərərək tarixi Zəfər qazanıb. Bu Zəfər sayəsində torpaqlarımız işğaldan azad edildi, insanlarımızın otuzillik yurd nisgili sona çatdı, şəhidlərimizin qisası alındı, ədalət bərpa edildi. Şanlı qələbə hər bir azərbaycanlının qəlbində Vətən sevgisini, dövlətə sədaqəti, milli birliyi daha da möhkəmləndirdi.

Diqqətə çatdırılıb ki, 8 Noyabr – Zəfər Günü xalqımızın şərəf və qürur mənbəyidir. Azərbaycan tarixində yeni bir mərhələ açan bu günün tarixi əhəmiyyətini qorumaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. Çıxışların ardından “Vətən müharibəsi salnaməsi” adlı sənədli film nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
azertag.az

2Mənbələr