AZ

Sənədsiz evlərlə bağlı proses 2 3 il… Ekspert

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Hazırda İqtisadiyyat Nazirliyi və Daşınmaz Əmlakın Dövlət Xidməti bu istiqamətdə geniş inventarizasiya aparır. Yəni, hansı evlərin hüquqi sənədləri yoxdur, hansılar yaşayış üçün yararlıdır”.Bu sözləri əmlak eksperti Rəşad Quliyev Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, bu mərhələ təkcə Bakı və Abşeronda deyil, bütün regionlarda həyata keçirilir:“Belə proseslərdə əsas məqsəd odur ki, qanuni tikilmiş, lakin texniki və ya inzibati səbəbdən sənədləşməmiş evlərə çıxarış verilə bilsin. Amma dövlət torpağında və ya təyinatı pozulmuş ərazilərdə tikilən evlərdə bu, daha çətin olur onlar ya qanuniləşdirilməli, ya da torpaq münasibətləri tənzimlənməlidir. Bu işin 2026-cı ilin sonuna qədər ilkin mərhələsi başa çata bilər, yəni müəyyən qruplar artıq sənədlərini ala bilər. Amma ölkə üzrə tam sənədləşmə prosesi ən azı 2-3 il çəkə bilər. Bu proses başa çatdıqdan sonra  vətəndaşlar əmlaklarını rəsmi qeydiyyata sala biləcək”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
demokrat.az

3Mənbələr